İsveçrədə tarlada müəmmalı fiqurlar peyda oldu


Dünya 17 İyl 2019 10:44:00 307 0

İsveçrədə tarlada müəmmalı fiqurlar peyda oldu

Bu günə qədər də zəmilərdə, sahələrdə peyda olan sirli dairələrin, rəsmlərin sirri açılmayıb.

Ehtimal edilir ki, bu dairələr və rəsmlər hansısa qeyri-adi texnologiya vasitəsilə çizilir. Məsələ burasındadır ki, bu günə qədər heç bir fermer və kəndli sahələrə bu rəsmləri çəkən rəssamı və ya texnikanı tuta bilməyib. Bu çizimlər ya gecə, ya da gündüz vaxtı qəflətən peyda olur.

Son.az ölkə.az-a istinadən bildirir ki,növbəti belə bir hadisə İsveçrədə üzə çıxıb. Byuren-na-Aare kommunasında yaşayan fermer Hans Rudolf Vayderin fermasında üzə çıxıb. Hans əvvəlcə buna küləyin səbəb olduğunu düşünüb. Amma qarğıdalı tarlasındakı rəsmləru yaxından incələyəndə bunun kifayət qədər bədii olduğunu başa düşüb.


Xəbərə aid fotolar