Keçmiş prezident ABŞda həbs olunub


Digərləri 17 İyl 2019 08:12:00 196 0

Keçmiş prezident ABŞda həbs olunub

ABŞ-da polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, A. Toledo ekstradisiya qərarı ilə bağlı həbs olunub.

2001-2006-cı illərdə prezident olan Toledo ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Qeyd edək ki, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir.

Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.