Kristin Laqard vəzifəsindən gedir


Dünya 17 İyl 2019 08:04:00 198 0

Kristin Laqard vəzifəsindən gedir

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard elan edib ki, vəzifəsindən gedir.

Son.az Trend-ə istinadən bildirir ki, o öz qərarını Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təsdiqlənməsinə dair səsverməyə cəmi bir neçə saat qalmış səsləndirib. K. Laqard, AMB-nin rəhbəri təyin edilərsə, o, Avropa Mərkəzi Bankının tarixində bu vəzifədə ilk qadın olacaq.

K.Laqard bildirib ki, vəzifəsindən sentyabrın 12-i gedəcək.

Xatırladaq ki, 63 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.