Təyyarə qəzaya uğrayıb: həlak olanlar var


Dünya 17 İyl 2019 07:39:00 251 0

Təyyarə qəzaya uğrayıb: həlak olanlar var

Kanadanın Nyufaulend və Labrador vilayətində "De Havilland Canada DHC-2 Beaver" kiçik təyyarəsi qəzaya uğrayıb, nəticədə üç nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə təyyarənin Şeffervill yaşayış sahəsindən havaya qalxmasından sonra baş verib. Həmin təyyarə Nyufaulend və Labrador vilayəti istiqamətində uçub.

Qeyd edilir ki, təyyarə qəzasında üç nəfər həlak olub, dörd nəfər isə itkin düşüb. Qəzanın səbəbi məlum deyil.

Fakt üzrə araşdırma aparılır.