Ancelina Colinin minimalist üslubu FOTO


Digərləri 17 İyl 2019 07:28:00 247 0

Ancelina Colinin minimalist üslubu  FOTO

Ancelina Coli artıq uzun illərdir ki, minimalist tərzdə geyinməyə üstünlük verir.

Son.az xəbər verir ki, o, nadir hallarda parlaq və ya cəlbedici rənglərə bürünür. Onun qarderobu əsasən qara, solğun boz, ağ və qəhvəyinin müxtəlif çalarlarından, bir sözlə, ofis üçün mükəmməl rənglərdən ibarətdir. Odur ki, Colinin gündəlik çıxışları işgüzar modapərəstlər üçün ilham ən yaxşı mənbəyidir.

Bu yaxınlarda Parisdə görüntülənən ulduz və BMT-nin xoşməramlı səfiri modapərəstlərə öz geyimi ilə nümunə olub. Ancelina ağ və boz rənglərdən təşkil olunmuş dəstini qəhvəyi rəngdə ideal və qalın kəmərli ofis çantası ilə tamamlayıb. Yeri gəlmişkən, qəhvəyi çantalar Colinin qarderobunda qaradan sonra ikinci yeri tutur. Payız üçün indidən ciddi çanta alternativi axtarırsanızsa, Colinin bu üslubu sizə çox kömək edəcək. (publika.az)


Xəbərə aid fotolar