Alimlərdən İNANILMAZ ARAŞDIRMA Beyini gücləndirən qida tapıldı


Digərləri 17 İyl 2019 07:14:00 212 0

Alimlərdən İNANILMAZ ARAŞDIRMA  Beyini gücləndirən qida tapıldı

İnternetdə asanlıqla daha yaxşı səhər yeməyi üçün məsləhətlər tapa bilərsiniz. Onlardan bəziləri sizi təəccübləndirə və ya qorxuda bilər. Digər qrupu isə gülünc görünə bilər.

Son.az xəbər verir ki, nəticələri "Body and Soul" jurnalında nəşr olunan bir araşdırmaya görə, səhər yeməyində dondurma yemək intellektual inkişafınıza kömək edir. Məlum olub ki, bu ləziz deserti səhər yesəniz, inanılmaz bonuslar qazana bilərsiniz.

Tədqiqat Tokiodakı Kerin Universitetinin professoru Yoşihiko Koqanın rəhbərliyi altında aparılıb. Təcrübə iştirakçılarının yarısı hər səhərlər 3 qaşıq dondurma yeyib. Könüllülərin ikinci yarısı isə adi səhər yeməyi ilə qidalanıb.

Nahardan sonra bütün iştirakçılara kompüterdə testlər yerinə yetirmək tapşırılıb. Dondurma yeyən könüllülər testləri daha rahat həll edib. Onlarda konsentrasiya daha güclü olub, odur ki, testlərdən daha tez keçiblər. Professor Koqa deyir ki, dondurma konsentrasiyaya faydalı təsir göstərir və beyin funksiyasını yaxşılaşdırır.

Yapon fizioloqunun sözlərinə görə, o, əldə etdiyi nəticələrə dair daha bir sıra kliniki eksperimentlər həyata keçirib. Sonra tədqiqatı soyuq su ilə təkrarlayıb. İştirakçılara oyandıqdan dərhal sonra bir stəkan soyuq su içmək təklif edilib.


Xəbərə aid foto