Çempionlar Liqasında növbəti oyunlar keçirilib


Digərləri 17 İyl 2019 05:34:38 205 0

Çempionlar Liqasında növbəti oyunlar keçirilib

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb

Bakı. UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb. Trend-in məlumatına görə, ilk oyun günündə 6 görüş keçirilib. Bu qarşılaşmalardan sonra ÇL-də II təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub. “Nomme Kalyu”, “Saburtalo”, HİK, “Valletta”, TNS və “Srvena Zvezda” klubları növbəti mərhələyə keçiblər. UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyunları 16 iyul “Şkendiya” (Makedoniya) – “Nomme Kalyu” (Estoniya) - 1:2 (İlk oyun – 1:0) Qollar: İbrahimi, 62-pen – Ugge, 6. Liliu, 90+1. “Saburtalo” (Gürcüstan) – “Şerif” (Moldova) - 1:3 (3:0) Qollar: Roloviç, 59 – Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.