İngiltərə Mərkəzi Bankı yeni banknotlar dövriyyəyə buraxacaq


Digərləri 17 İyl 2019 04:30:00 320 0

İngiltərə Mərkəzi Bankı yeni banknotlar dövriyyəyə buraxacaq

İngiltərə Mərkəzi Bankı 50 funtluq yeni banknotlar dövriyyəyə buraxacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni əsginasların üzərində məşhur kompüter mühəndisi və riyaziyyatçı Alan Turinq təsvir olunacaq. Turinq İkinci Dünya müharibəsi zamanı nasistlərin kodlarını pozmaqda mühüm rol oynayıb.

Qərarı elan edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni deyib ki, Alan Turinq bugünkü həyata son dərəcə yüksək təsir göstərən fövqəladə bir riyaziyyatçı olub.

Banknotun 2021-ci ildən dövriyyəyə daxil olması gözlənilir.