Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq


Digərləri 17 İyl 2019 03:26:51 221 0

Tramp: ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib

Bakı. ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib. Trend-in məlumatına görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasıdır. "Və indi biz Türkiyə deyirik...Biz sizə F-35 təyyarələrini satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək." - Tramp deyib.