Günün qoroskopu: Şanslardan faydalanın


Digərləri 17 İyl 2019 00:01:00 202 0

Günün qoroskopu: Şanslardan faydalanın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Məhsuldar gündür. Müəyyən işlər düşərlidir. Bəxt üzünüzə güləcək. Danışıqlarda rahat ünsiyyət formatını seçin. Hadisələri dəyərləndirəndə analitik təhlilə əl atın.

Yeni tanış olduğunuz insanı işinizə və ya layihənizə cəlb etmək üçün diplomat olun.

Günün ikinci yarısında hadisələrin axarına süni təsir etməyin. Yaşam sizi nədənsə imtina etməyə, daha maraqlı təsir bağışlayan işlərlə məşğul olmağa vadar edəcək. Həmkarlarla münasibətlərdə diqqətli olun.

Az danışıb çox iş görün. Kollektivdə sizə ağır iş həvalə ediləcək. Bu missiyanın öhdəsindən gəlmək üçün bütün vasitələrdən yararlanın. Sonuclar sizinçün yetərincə önəmli ola bilər.

Buğa - Qəfil hadisələr baş verə bilər. Ətrafınızdakı proseslərə diqqətlə baxın. Nişanələr və siqnalları görün. Maraqlandığınız insanlarla əlaqədə olun.

Əməkdaşlıqla birgə fəaliyyətin yeni formalarının təməlinin qoyulduğu gündür. Fərqli təmayülü dəstəkləməzdən əvvəl üzərinizə düşən yüklə qarşılaşa biləcəyiniz riskləri qiymətləndirin.

Günün ikinci yarısında dəyişikliklərlə yeniliklərin destruktiv və ya konstruktiv olduğunu situasiya, alınan xəbərlər, təkliflər, habelə yaranan problemlər göstərəcək.

Ehtiyatlı olun. Ən xırda, mənasız saydığınız təfərrüata da fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - Yaxın gələcəklə bağlı planlaşdırdığınız işlərə indi başlamaq olar. Perspektiv üçün çalışın. Görüş, ünsiyyət, yazışma və müzakirələr üçün uğurlu zamandır.

Təmasları saf-çürük edin, münasibətləri tənzimləyin. Xidmət və informasiya mübadiləsini unutmayın. Mövqeyinizi kiməsə anlatmaq istəyirsinizsə, təzyiq yolunu seçməyin. Təzyiq göstərməyin.

Diqqətinizə ehtiyacı olan insanlarla, xüsusilə də ailə üzvləri ilə aktiv təmasda olun. Səhhətinizə fikir verin. Həddən ziyadə çalışaraq özünüzü yormayın.

Enerjiniz və emosiyalarınız çoxdur. Bu səbəbdən də ünsiyyət çevrənizi axşam saatlarında yanlış seçməyin.

Xərçəng - Təmkinli və səbrli davranış bir sıra ağır situasiyalardan çıxış yolunu tapmağa təkan verəcək. Anlaşma, razılaşma və kompromislərə üstünlük verin.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizinlə birgə fəaliyyətə hazırdır. Bunu unutmayın. Mühüm görüş və ya yazışmada hərdəmxəyallıq etməyin.

Çoxdan tanıdığınız insanlarla işbirliyinə üstünlük verin.

Münaqişəli vəziyyətlərdə nümayişkaranə şəkildə müqaviməti seçməyin. Aldığınız informasiyanı təhlil edin.

Şir - Ünsiyyət, danışıqlar, təhsil və səfər üçün münasib zamandır. Can atdığınız məqsədə çatmaq üçün var gücünüzlə çalışın. Yenidənqurmanı kosmetik prosedurla əvəzləməyin.

Yaxın ətrafınızdakı proseslər aktivləşib. Buna diqqət yetirin.

Günün ikinci yarısında kiminləsə vidalaşmağınız istisna deyil. Məqsədlər və niyyətlər dəyişə bilər. Narazılıq, eqoizm artır. Problemləri həll etmək üçün əməkdaşlığın yeni sxemlərini reallaşdırın.

Axşam saatlarında əylənmək üçün yaranmış imkanlardan istifadə edin. Çətinlikləri dəf etmək olar - təlaşa qapılmayın.  

Qız - Cari məsələlərin həlli ilə məşğul olun. Situasiya uğurludur. Şərtlərdən yararlanın, durumu dəqiq qiymətləndirin. Yaşamınızdakı problemlərin bəzilərini həll etmək olar. Sürətlə irəliləmək üçün qüvvə toplayın.

Günün ikinci yarısında tərəfdaşlıq münasibətlərində və ya əməkdaşlıq əlaqələrində sərinləşmə yarana bilər. Xoşagəlməz hisslərin güclənməsinə dəstək olmayın. Davranışınıza nəzər salın. Münasibətlərin çalarlarına fikir verin, yeni nüansları görün.

Axşam saatlarında istədiyiniz kimi istirahət edin.