Aygün Kazımova özünün oyuncaq kişisini göstərdi


Şou-biznes 16 İyl 2019 23:36:00 363 0

Aygün Kazımova özünün oyuncaq kişisini göstərdi

Azərbaycanın xalq artisti Aygün Kazımova özünün "Toy Boy" (Oyuncaq kişi) mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Dizayner buraya BDSM-in layt versiyası adlandırıla biləcək psixoseksual subkultura elementləri əlavə edib.

Müğənninin mətbuat xidmətindən bildiriblər ki, mahnının sözlərini Murad Quliyev düzüb-qoşub. Musiqinin müəllifi isə gürcü bəstəkar Kaxaberi Tsiskaridzedir.

Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.