Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib


Dünya 16 İyl 2019 23:22:00 236 0

Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib.

Son.az Trend-ə istinadən bildirir ki,  Avropa Parlamentinin deputatları onun namizədliyini dəstəkləyiblər.

Belə ki, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

Qeyd edək ki, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.