Lənkəran teatrı 128ci mövsümə yekun vurub FOTO
Digərləri 16 İyl 2019 23:16:00 293 0
Lənkəran Dövlət Dram Teatrı Bəhram Beyzayinin "Senemar" faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.
Teatrdan Son.az-a bildirilib ki, tamaşadan əvvəl teatrın direktoru Tofiq Heydərov çıxış edərək yaradıcı kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Diqqətə çatdırılıb ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun "Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun "Sehrbazlar dərəsi" nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Bundan əlavə, teatr cənub bölgəsinin rayonlarında da qastrolda olub. Sənət ocağı iyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.
Çıxışında Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan teatrlara diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan T. Heydərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə teatr işçilərinin əməkhaqlarının fərqli dərəcədə artırılmasını dövlət başçısının yaradıcı insanlara göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirib.