Həyat yoldaşını boynundan bıçaqladı


Digərləri 16 İyl 2019 23:19:00 199 0

Həyat yoldaşını boynundan bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyulun 23-ə təyin edilib.

İttihama görə, ötən il aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.