Həkimlərdən Xalq artistinə qadağa:


Şou-biznes 16 İyl 2019 22:31:00 214 0

Həkimlərdən Xalq artistinə qadağa:

"5 il öncə həkimlər diaqnoz qoydular ki, qalxanabənzər vəzidən (el dili ilə zobdan) təcili əməliyyat olunmalısız. Həyatım üçün çox riskli idi, həm də səs tellərimə toxunub zərər verə bilərdilər. Çətinliklə də olsa, əməliyyat uğurla keçdi, lakin həkimlər oxumağıma uzun müddət qadağa qoydular".

Son.az publika.az-a istinadən xəbər verir ki,  bu sözləri Xalq artisti Flora Kərimova instaqramda yazıb.

Sənətçi bildirib ki, həkimlər və yaxınları oxumağı ona qadağa qoysa da, qəlbinin səsini susdura bilməyib. O, sözlərinə belə davam edib:

"Buna baxmayaraq, evdə Yaqutumudan gizlin oğrun-oğrun oxuyurdum. Müğənni üçün çox çətindir, yaşayasan, görəsən, ifalar eşidəsən, ancaq özün oxuya bilməyəsən. Artıq 5 il keçib və illərdir məni gözləyən yeni mahnıları, duetləri 78 yaşımda sizlərə sevgimlə, sayğımla ərməğan edirəm. Deyim ki, qadağalarla keçən sənət ömrümün bu il 65 yaşı tamam olur, ancaq mən hələ yenicə öyrəndim ki, Azərbaycanda mahnıları ən çox olan ifaçı elə özüm imişəm..."