Ağcabədidə traktor yanıb


Digərləri 16 İyl 2019 22:37:00 219 0

Ağcabədidə traktor yanıb

Ağcabədi rayonunda traktor yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Poladlı kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 20 tonu və "БЕЛАРУСЬ" markalı traktorun təkəri qismən yanıb.

Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.