Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib


Digərləri 16 İyl 2019 22:30:56 175 0

Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib. Trend-in məlumatına görə, Avropa Parlamentinin deputatları onun namizədliyini dəstəkləyiblər. Belə ki, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb. Qeyd edək ki, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.