Məşhur aktyordan həyat haqqında dərin məsləhətlər


Digərləri 16 İyl 2019 22:28:00 233 0

Məşhur aktyordan həyat haqqında dərin məsləhətlər

Aktyor, musiqiçi və şair Pyotr Mamonov müasir Rus mədəniyyətində öz şəxsiyyətini açıq-aydın şəkildə ortaya qoyan ustadlardan biridir. O, kiminsə xoşuna gəlmək üçün yaşamır, öz hücrəsinə çəkilib sakit həyat sürür, nadir hallarda konsertlər verir və tamaşalarda çıxış edir. Dərin həyat fəlsəfəsi ilə seçilən məşhur müsahibələrində öz təcrübərlərini paylaşır.

Son.az publika.az-a istinadən aktyorun həyatın anlamı haqqında hikmətli fikirləri ilə tanış edib.

1. İnsanları incitməyin və heç kəsə inciməyin.

2. Hətta özünüzə əmin olmsanız da, "Səni sevirəm" deyin. Bu sözləri tez-tez deyin.

3. Sevdiyiniz insana tez-tez toxunun.

4. Həmişə həmsöhbətinizin düz gözünün içinə baxın.

5. Dəyişikliklərdən qorxmayın, amma arzulamayın da.

6. Güzətşə gedin.

7. Hər hadisəni bayrama çevirin.

8. Başqalarını heç vaxt mühakimə etməyin, xüsusilə zövqlərini sorğulamayın.

9. Allaha gedin, Allahı axtarın, hətta ona inanmasanız belə.

10. Tez-tez nəğmə oxuyun.

11. Konsertlərə gedin.

12. Təbəssümlə yuxuya gedib.

13. Həmişə dostlarınızı doğum günü münasibəti ilə təbrik edin.

14. Hədiyyələr edin.

15. Valideynlərinizə zəng edin.

16. Güzgüdə tez-tez özünüzə gülümsəyin.

17. Gülməli vəziyyətə düşməkdən qorxmayın.

18. Başqalarını öyrətmək lazım deyil ki, şəxsi həyatda hansı qərarları vermək lazımdır.

19. Gündəlik tutun.

20. Həyatı kurort kimi qəbul etməyin.

21. Biliklərinizi paylaşın.

22. Sevdiklərinizi düşünün.

23. Saqqalınız varsa, kəsin, yoxdursa, saxlayın. Dəyişin.

24. Qaydaları dəyişin.

25. Özünüz olun.