Allah insanı özbaşına buraxıbmı?


Digərləri 16 İyl 2019 22:15:00 207 0

Allah insanı özbaşına buraxıbmı?

İmam Baqirin (ə) zamanında Həzrətlə (ə) Həsən Bəsri adlı bir alim arasında münazirə baş vermişdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə ki, Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: "Gəlmişəm ki, sizə sual verim". İmam (ə) buyurur: "Məgər sən Bəsrə camaatının fəqihi deyilsən?".

Deyir: "Bu cür deyirlər".

İmam (ə) buyurur: "Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki, deyirsən Allah insanları öz halına buraxmışdır?".

Həsən Bəsri sakit oldu.

İmam (ə) buyurdu: "Əgər Allah kimisə aman vədəsi versə, o, məgər nədənsə qorxa bilərmi?".

Deyir: "Yox".

Buyurur: "Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir etmisən".

Soruşdu: "Hansı ayə?".