Əfqanıstanın zəhər biznesi


Digərləri 16 İyl 2019 21:51:00 241 0

Əfqanıstanın zəhər biznesi

İlan, əqrəb və digər zəhərli heyvanlar bəziləri üçün gəlirli biznesə çevrilib. Market araşdırmaları qruplarına istinadən bildirilir ki, zəhər istehsal edən şirkətlərin sayı azalır, zəhərə tələbat isə artır. Əfqanıstanın Herat vilayətində iki iş adamı zəhər istehsal edilən laboratoriya açıb. Onlar 27 növ zəhəhərli ilan və çox sayda əqrəbdən aldırları zəhəri ölkə boyu satışa çıxarır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ilan və əqrəb zəhərindən tibbdə dərman kimi istifadə edilir. İlan və əqrəb zəhəri həm də insanı öldürə bilir. Lakin tibb üzrə mütəxəssislər zəhərdən eyni zamanda həyat qurtaran dərman və müalicə üçün istifadə edilə biləcəyini deyirlər. Bio-kimyaçı - İmmunoloq, professor Maks Qoyffon: "Zəhər böyük potensiala malikdir. İlan və ya əqrəb zəhərində yüzlərlə müxtəlif toksin var. Lakin biz bunun yalnız bir və ya iki faizini bilirik. Əqrəbin 2 minə qədər növü var və onlardakı 2 min toksini yüzə vuranda siz milyonlarla maddə üzərində təhlil apara bilərsiniz."