Britaniya: İran razılığı qorunub saxlana bilər


Dünya 16 İyl 2019 21:42:00 191 0

Britaniya: İran razılığı qorunub saxlana bilər

Britaniyanın xarici işlər naziri Ceremi Hant bazar ertəsi deyib ki, İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılıq hələ ki, "ölməyib" və razılıq ətrafındakı böhrana həll yolu tapmaq imkanları azalsa da, sazişi hələ də qüvvədə saxlamaq mümkündür.

O bu sözləri Britaniyanın Daily Mail qəzetində Britaniyanın ABŞ-a keçmiş səfiri Kim Darrokun ABŞ prezidenti Donald Trampın nüvə razılığından geri çəkilmək qərarı ilə bağlı tənqidlərinin yer aldığı teleqramlarının dərc olunmasından sonra söyləyib.

Darrok 2018-ci ilin may ayına aid yazışmalarda bildirib ki, Tramp adminsitrasiyasının ötən il İran razılığından geri çəkilməsi "diplomatik vandalizmdir və bunun arxasında ideoloji və şəxsi məsələlər dayanır. Bu da razılığın Obama ilə bağlı olmasıdır".

Daily Mail bazar günü Kim Darrokun Londona göndərdiyi diplomatik teleqramı dərc edib. Səfir bundan bir neçə gün öncə eyni qəzetdə onun başqa yazışmalaranın dərc olunmasından sonra istefa verib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Hant bazar ertəsi Brüsseldə Avropa İttifaqının digər liderləri ilə görüşüb. Orada onlar İran məsələsini müzakirə etməyi planlaşdırdı. Hant deyib ki, ABŞ hələ də İranın nüvə vəziyyətinin həllində iştirak edə bilər:

"Biz amerikalılarla razılaşırıq ki, Yaxın Şərqdəki gərginliyə uzunmüddətli həll yolu İranın sabitliyi pozan fəaliyyətini dayandırmasıdır. İraq, Suriya, Livan və Yəməndə bu, baş verir və problemlərin kökü də məhz budur. Biz regionu nüvəsizləşdirməyin yolları ilə bağlı fərqli fikirlərə sahibik, amma bununla bağlı açıq müzakirələr aparırıq. Mən dünən ABŞ dövlət katibi Mayk Pompeo, ondan bir gün öncə də İranın xarici işlər naziri Zəriflə danışmışam."