Keçəlləşmənin qarşısını alan qidaların


Digərləri 16 İyl 2019 21:35:00 210 0

Keçəlləşmənin qarşısını alan qidaların

Əksər kişilərin ortaq problemi məhz saç tökülməsidir. Bunun fərqli səbəbləri var. Havanın çirkliliyi, düzgün qidalanmamaq kimi bir sıra amillər bunda rol oynayır. Bəs sağlam saçlar üçün hansı qidaları qıəbul etməliyik?

NARİNGİ

Son.az medicina.az-a istinadən bildirir ki, şirin olsa da, cəmi 37 kalorilidir ki, bu da kökəlməkdən qorxanlara heç də maneə deyil. Bir meyvədə gündəlik C vitamin tələbatının 31%-i mövcuddur. İmmuniteti möhkəmləndirir, yaşlanma əleyhinə gözəl vastədir. Bundan başqa "narıncı toplarda" B qrupu vitaminlər, vitamin P və K saxlanılır. Sitrus meyvəsi olaraq naringi fitonsitlərlə zəngindir, bu antibiotik təsiri xəstəlik törədən bakteriaları məhv edir.  Naringi vitamin B12 ilə zəngin olduğundan saç tökülməsini azaldır və saçların ağarmasının qarşısını alır. Saçların uzanmasında əsas rol oynayan kollogenlərin qurulması üçün C vitamini tələb olunur, Məlumdur ki, naringi də C vitamini deposu hesab olunur. Sağlam saçlara sahib olmaq üçün vacib komponentlərdən biri olan dəmirin mənimsənilməsi də vitamin C sayəsindədir.     Saçların tez uzanması üçün naringi maskası:

1 xörək qaşığı xardal, 2 naringinin şirəsi, 10 damcı melisa yağı qarışdırıb saçların dibinə çəkmək və 20 dəqiqə saxlamaq və sonra saç dərisinin tipinə uyğun şampunla yumaq lazımdır. C vitaminin və askorbin turşuları ilə zəngin olan Naringi suyu saç köklərini qidalandırır və saç tellərini yumuşaldır. Melisa yağı və xardal yağ mübadiləsini, qan dövranını aktivləşdirir, kəpəyin əmələ gəlməsinin qarşısını alır. Sağlam saçlara qovuşmaq üçün gündə 3 ədəd ortaboy naringi yemək lazımdır.

YERKÖKÜ

Saçların böyüməsinə köklərin kömək etdiyini bilirdinizmi? Yerkökü sağlamlıq üçün də faydalıdır, amma saçların böyüməsində də mühüm rol oynayır. Yerkökü saç qalınlığını artırmaq və saçların daha sürətli inkişafına nail olmaq üçün  yaxşı vasitədir. Saçların böyüməsinə və keyfiyyətinə birbaşa təsir göstərmək üçün gündə bir kök yeyə və ya suyunu içə bilərsiniz.

QATIQ

Zülal və kalsium baxımından zəngin olan bu qida çəki salmaq üçün faydalıdır.  Tərkibindəki B5 vitamini insan həyatının ən vacib vitaminlərindən biridir. Bu, pantoten turşusu da adlanır. B5 az tanınan vitaminlərdən biridir, çünki onun çatışmazlığı nadirdir. B5 dərini nəmləndirir və dərinin yaralarının müalicə prosesini sürətləndirir. Ona görə də gün ərzində 2 kasa yoğurt yemək zəruridir.

YUMURTA