“Apple Watch”da danışıqları dinləməyə imkan verən boşluq tapılıb


Digərləri 16 İyl 2019 21:40:00 249 0

“Apple Watch”da danışıqları dinləməyə imkan verən boşluq tapılıb

Apple şirkəti "Walkie-talkie" əlqəsini dəstəkləyən proqramın işini dayandırıb. Yaxın vaxtlarda, Apple şirkətinin proqramın işini bərpa etməsi gözlənilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, nasazlıq aradan qaldırılan kimi proqram istifadəyə veriləcək. Apple şirkəti bildirir ki, nasazlıq səbəbindən kiminsə bundan istifadə edərək danışıqları dinləməsi məlum deyil.

"Əlaqə" proqramı "Apple Watch"a "watchOS 5" əməliyyat sistemi ilə daxil edilmişdir. Proqram istifadəçilərə qısa audio mesaj mübadilələri etməyə kömək edir.

Qeyd edək ki, yanvar ayında da proqramda nasazlıq tapılmışdır. Tapılmış nasazlıq, iPhone istifadəçilərinə "FaceTime" xidmətinə qrup şəklində edilən zəng nəticəsində digər istifadəçilərin mikrofonlarına və ön kameralarına çıxış əldə etməsinə imkan verirdi. Nasazlıq fevral ayında aradan qaldırılmışdır.