Bakıda 27 yaşlı gənc küçədə bıçaqlandı


Digərləri 16 İyl 2019 21:13:00 196 0

Bakıda 27 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənov Murad Yaşar oğluna küçədə naməlum şəxs tərəfindən 2 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyən edilir.