DYP-dən Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA


Digərləri 16 İyl 2019 20:56:00 220 0

DYP-dən Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA

Respublika Dövlət Yol Polisi İdarəsi Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

Bakı. Samir Əli - Respublika Dövlət Yol Polisi İdarəsi Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib. İdarənin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev Trend-ə bildirib ki, Şəki şəhərinin Kiş kəndində "Opel astra" markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə "Mercedes Sprinter" markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub: "Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarrət alan olmayıb. Fakla bağlı artıq araşdırma aparılır. Yəni xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb".