Bakıda 27 yaşlı gənc küçədə naməlum şəraitdə bıçaqlandı


Digərləri 16 İyl 2019 21:00:00 194 0

Bakıda 27 yaşlı gənc küçədə naməlum şəraitdə bıçaqlandı

Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bakı. Samir Əli - Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Həsənov Murad Yaşar oğluna küçədə naməlum şəxs tərəfindən 2 bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.