Demə, bütün xəstəliklərin səbəbi BU İMİŞ


Digərləri 16 İyl 2019 20:09:00 234 0

Demə, bütün xəstəliklərin səbəbi BU İMİŞ

Hələ qədim dörvlərdə Çində həkimlər duyğuların insan bədəninin vəziyyəti üzərində böyük təsir gücünə malik olduğunu iddia edirdi. Çin tibbinin müddəalarına əsasən, bütün xəstəliklərin əsas səbəbi emosiyalardır və onlar orqanlarımıza müxtəlif cür təsir göstərir.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Çin təbabətinə əsasən qəm-qüssə ağciyərə, qəzəb qaraciyərə, qorxu böyrəklərə, həyəcan və stress isə mədəyə mənfi təsir göstərir.

Bundan əlavə, hər bir orqanın öz dadı var. Ağciyərlər kəskin və ədviyyəli, qaraciyər turş, dalağ şirin, böyrək isə duzlu məhsulları "sevir". Çin xalq təbabətinə görə, bütün orqanların öz enerjisi var. Bu enerjiyə çi deyilir və qanla sıx bağlıdır. Odur ki, həkimlər qanı enerjinin anası adlandırır, enerji isə qan dövranına nəzarət edir.

Çin tibbində ümumiyyətlə, böyrəklərin insanın ən əhəmiyyətli orqanlarından biri olduğu qəbul edilir. Onlar İn və Yanın əsasını təşkil edirlər və ən mühüm enerji mərkəzləri hesab olunur. Böyrəklər əzələ-skelet sistemi ilə, eşitmə və qorxu hissi ilə yaxından əlaqələndirilir.

Qaraciyər

Qaraciyər qan dövranı ilə əlaqələndirilir - qanı süzür və bir qayda olaraq qadınlarda menstrual pozğunluqlar zamanı dəstək tələb edir. Qaraciyər problemləri qaşınma, baş ağrısı və başgicəllənmə ilə özünü göstərilə bilər. Bu baxımdan qaraciyər orqanı insan bədənində sabit enerji və düşüncə axınının təmin edilməsində mühüm rol oynayır. Sağlam qaraciyəri olan insanlar sakitliyi ilə seçilir, qərarları asanlıqla qəbul edir və adətən əla liderlər olurlar.

Böyrək

Böyrək disfunksiyanın ilk əlamətləri qəzəb, qıcıqlanma, inadçılıq, narahatlıq, həyəcan şəklində ifadə edilir. Bu duyğuları çözə bilməsəniz, onlar dərin depressiya və tez-tez dəyişkən əhval-ruhiyyəyə yol aça bilər. Bundan əlavə, qaraciyər problemlərinin bir çox fiziki simptomlarla özünü göstərə bilər. Bunlardan ən çox yayılmış menstrual pozuqluqlar, yorğunluq, gərginlik, hərəkətlərin sərtliyi, qabırğa altında ağrı, allergiya və s.

Emosional isterikalar niyə və necə baş verir?

Duyğular hətta ən sağlam insanlarda belə bir çox xəstəliyə səbəb ola bilər. Bu zaman emosiyalar bədənin ən həssas nöqtəsini tapır və funksiyasının pozulmasına yol açır. Daha sonra baş verənlər artıq psixosomatik bir xəstəliklə adlanır.

Bir insan stressli vəziyyətlərdən həmişə qaçmaq gücünə malik deyil, hamımız gec və ya tez onun səhhətimizdə qoyduğu nəticələri ilə üzləşirik. Amma hər birimiz stresslə müxtəlif yollarla mübarizə aparır.

Beləliklə, əgər bir şəxs stress vəziyyətinə nəzarət edə bildiyini hiss edirsə, problemin qarşısını almaq üçün aktiv addımlar atır. Əks halda insanlar zərərləri minimuma endirməyə kömək edən emosional yönümlü mübarizə strategiyalarına müraciət edirlər.

Sağlamlığınız üçün edə edə biləcəyiniz ən pis şey üzləşməkdən qaçmağa çalışmaqdır. Bu da nəticədə stress səviyyəsini yüksəldəcək və xəstəliyin inkişafını sürətləndirəcək.

Psixosomatik xəstəliklər bütün bədənə və orqanlara zərər verən və stress faktorlarına məruz qalaraq düzəldilə bilməyən xəstəliklərdir.

Ürək ağrısı

Həkimin və psixoloqların birgə araşdırmaları göstərir ki, "sevgi və ağrı ürəkdən keçir". Ancaq digər orqanlar da "qəlb hücumlarına" məruz qalır. Bu da o deməkdir ki, "yaralı bir ruh" tez-tez ürək-damar, tənəffüs və həzm sistemlərinin normal fəaliyyətinə təsir göstərir.

Qadınlar kişilərdən daha həssasdır