Dənizdə boğulan nəvəsini xilas etmək istəyirdi


Digərləri 16 İyl 2019 19:51:00 220 0

Dənizdə boğulan nəvəsini xilas etmək istəyirdi

Ələt qəsəbəsində Yanar dağ adlanan ərazidə dənizdə çimərkən 15 yaşlı Ləman Orucova boğulub.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub. 

Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Yardıma çağırış saat 16.45 də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təstiqləyib. 

Faktla əlaqədar hüququ mühafizə orqanları araşdırmalara başlayıb.

Son.az