İran təsdiqlədi: Fransız akademiki həbs etmişik


Dünya 16 İyl 2019 19:54:00 221 0

İran təsdiqlədi: Fransız akademiki həbs etmişik

İran əsilli fransalı akademik Fariba Adelha İranda həbs edilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Fransa mətbuatı Xarici İşlər Nazirliyinə istinadən yayıb. Məlumata görə, akademikin konsulluq xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulub.

Rəsmi Paris Fariba Adelha ilə bağlı situasiyanın aydınlaşdırılmasını Tehrandan tələb edib.

Fransa mətbuatının iddiasına görə, fransalı akademik casusluqda ittiham edilərək həbs olunub.

Qeyd edək ki, Fariba Adelha antropoloqdur. O, Paris Siyasi Tədqiqatlar İnstitutunda çalışır.

***