Pakistanlı siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu


Dünya 16 İyl 2019 19:19:00 345 0

Pakistanlı siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu

Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat çoxmərhələli şəkildə keçirilib və ümumilikdə 50 saat davam edib.

Əməliyyatda tibbin müxtəlif sahələrindən 100-ə yaxın mütəxəssis iştirak edib.

Əməliyyat olunanlar isə Pakistanın Çarsad şəhərindən olan 2 yaşlı Səfa və Mərva bacılarıdır. Onların başları bir-birinə bitişik olub.