Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir (FOTO)


Digərləri 16 İyl 2019 19:12:48 239 0

Bakıda ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir (FOTO)

Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir.

Bakı. Bakıda “Super Sun” yağı və “Azerçay” markalarının dəstəyi ilə ilk dəfə olaraq Dünya İslam Kulinariya Konqresi keçirilir. Trend-in məlumatına görə, Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə təşkil edilmiş beynəlxalq layihədə Dünya İslam Kulinariya Birliyinin üzv ölkələrinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dünya İslam Kulinariya Birliyinin qurucusu və rəhbəri Gökhan Tufan İslam ölkələrinin fərqli və çox geniş mətbəxə malik olduğunu bildirdi və təbliğat işlərində səylərin artırılmasının zəruri olduğunu qeyd etdi. Daha sonra çxış edən Azərbaycan Milli Kulinariya Assosiasiyasıın rəhbəri Tahir Əmiraslanov Azərbaycanda kulinariyanın keçdiyi yoldan danışaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbəxinin dünyada tandılması istiqamətində verdiyi qərarlar və atdığı addımlar barədə ətraflı məlumat verib, hazırda da bu istiqamətdə mühüm işlərin görüldüyünü söyləyib. O, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan bu sahənin inkişafında müstəsna xidmətlərinin olduğunu qeyd edərək təşəkkürünü bildirib. Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin perspektivi barədə məlumat verərək təşkil edilmiş konqresin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İlk dəfə olaraq təşkil edilən Dünya İslam Kulinariya Konqresində daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək mətbəxin mədəniyyətin ən vacib sahələrindən biri olduğunu qeyd edib. Xanım deputat Dünya İslam Kulinariya Birliyinin bütün dünyada islam ölkələrinin mətbəxinin təbliğində mühüm rol oynayacağına inandığını söyləyərək konqres təşkilatçılarına uğurlar arzu edib.