Metronun "Nərimanov" stansiyasında uşaq itib


Digərləri 16 İyl 2019 19:00:00 276 0

Metronun "Nərimanov" stansiyasında uşaq itib

Paytaxtda metronun "Nərimanov" stansiyasında uşaq itib.

Bakı. Samir Əli - Paytaxtda metronun "Nərimanov" stansiyasında uşaq itib. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, azyaşlı uşaq diqqətsizlikdən anasından ayrı düşərək “Dərnəgül” xətti ilə hərəkət edən qatara minib. Uşağın anası dərhal metropoliten işçilərinə xəbər verdikdən sonra məlumat əsasında azyaşlı “Gənclik” metrostansiyasında metropoliten və polis əməkdaşları tərəfindən qarşılanaraq anasına təhvil verilib.