Şəkidə "ZİL" qəza etdi Yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı
Digərləri 16 İyl 2019 18:41:00 209 0
Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.
Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az