Bakıda ağır yol qəzası Minik avtomobili yük maşını ilə toqquşdu,


Digərləri 16 İyl 2019 17:44:00 200 0

Bakıda ağır yol qəzası  Minik avtomobili yük maşını ilə toqquşdu,

Bir qədər əvvəl Xocahəsən qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, adıçəkilən qəsəbədən üzü şəhər istqamətində hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yol kənarına aşıb. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, qəza səbəbindən Xocahəsən yolunda tıxac da yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Qəzanın səbəbləri araşdırılır.