Rusiyada azərbaycanlı modelin 1,5 milyonluq üzüyü oğurlandı


Digərləri 16 İyl 2019 17:39:00 222 0

Rusiyada azərbaycanlı modelin 1,5 milyonluq üzüyü oğurlandı

Moskvada restoranların birində azərbaycanlı model Gülnarə Əlimuradovanın üzüyü oğurlanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dəyəri 1,5 milyon rubl (təxminən 40 min 741 manat) olan zinət əşyası 15 iyulda itib.

Əvvəlcə itən əşyanın kimə aid olduğu bilinməsə də, məsələ sonradan üzə çıxıb. Məlum olub ki, G.Əlimuradova üzüyü restoranın tualetində unudub. Sözügedən üzüyü ona nişanlısı hədiyyə edib.