Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam etdirilir


Digərləri 16 İyl 2019 17:30:00 227 0

Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam etdirilir

Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirib

Bakı. Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirib. Trend-in məlumatına görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilib. Burada məqsəd “Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır. Məlum olduğu kimi, bu kampaniya çərçivəsində ilk olaraq Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə Lənkəran şəhərində Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirib. Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və Müvəkkil növbəti regional konfransı Şəki şəhərində keçirib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının, habelə Mingəçevir şəhərinin icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, ağsaqqallar, fəal qadınlar, sahibkarlar, gənclər, QHT və KİV nünayəndələri iştirak edib. İlk olaraq, konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Ombudsman konfrans iştirakçılarını salamlayıb. O, bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsimünasibətlə rayon sakinlərini və bütün xalqımızı təbrik edib, xoş arzularını bildirib. Müvəkkil vurğulayıb ki, konfrans Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu günlərdə keçirilir vəbu uzaqgörən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizinhər zaman islahatlar və inkişafında yenimərhələyə yol açmışdır. E.Süleymanova məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən,əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir. E.Süleymanova qeyd edib ki, ölkə Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir. Müvəkkil insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulayıb ki, məqsədi hər bir kəsin bərabərlik prinsipi əsasında bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolu oynayaraq demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması yolu ilə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə edən sistemli, dinamik, müntəzəm iş aparılır. Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman diqqətə çatdırıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi asılılıq və zorakılıq hallarının azalması ilə müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir. Həmçinin keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlər davam etdirilir. Diqqətə çatdırılıb ki, paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məlumatlandırma işi davam etdirilməlidir. Ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirilir və müvafiq qurumlara tövsiyələr verilir. Müvəkkil BMT-nin İqtisadi və Sosial Şurası yanında ölkəmizin ilk və indiyədək yeganə Məsləhətçi Statuslu qadın qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti olduğu dövrdə Şəkidə özülü qoyulan, daha sonra Bakı və Sumqayıt şəhərlərində də icra olunan, ilk dəfə olaraq icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə proqramların həyata keçirildiyini və BMT-nin Əhali Fondunun o zaman icraçı direktoru olan xanım Nafis Sadıqın Bakıda olarkən bu layihəni yüksək qiymətləndirdiyini vurğulayıb.