Biləsuvarda məcburi köçkünlərin yaşadığı qəsəbələr üçün magistral su kəməri çəkilir (FOTO)


Digərləri 16 İyl 2019 17:23:36 210 0

Biləsuvarda məcburi köçkünlərin yaşadığı qəsəbələr üçün magistral su kəməri çəkilir (FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir.

Bakı. Samir Əli - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsi icra edilir. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin dövlət investisiya layihəsinə əsasən məcburi köçkünlərin yaşadığı 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla 15 km uzunluğunda magistral su kəməri çəkilir. Cari ilin may ayında icrasına başlanılmış layihə üzrə işlərin artıq 90 faizindən çoxu yekunlaşıb. Magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək. Yeni kəmərin istismara verilməsi ilə qəzalı vəziyyətdə olan köhnə polad magistral xətt ləğv olunacaq. Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.