Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi


Digərləri 16 İyl 2019 16:06:00 192 0

Dələduzluqda təqsirləndirilən icra məmuruna 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin son söz üçün çıxış mətnini səsləndirilib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, bir neçə epizod üzrə ittihama xitam verilməsini istəyib. O, səhhətində olan problemlərin də nəzərə alınaraq həbs nəzərdə tutulmayan cəza verilməsini xahiş edib. Müşavirədən sonra məhkəmə A.Məmmədovun 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib. Qeyd edək ki, prokuror çıxışında Asif Məmmədovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.