Ağstafada “Mercedes” aşdı,


Digərləri 16 İyl 2019 15:29:00 215 0

Ağstafada “Mercedes” aşdı,

Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.