Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb


Siyasət 16 İyl 2019 15:14:00 201 0

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb

"Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 37 faiz artıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib.

S.Məmmədov qeyd edib ki, bu il isə bu artım 15 faiz təşkil edib.

Nazir müavininin sözlərinə görə, hazırda ölkələr arasında ticari-iqtisadi sahədə 15-dən çox sənəd imzalanıb: "İqtisadi əməkdaşlığa dair işçi qrup yaradılıb. Ölkələrimiz nəqliyyat, logistika, tranzit yükdaşımaları və başqa sahələrdə əməkdaşlıq üçün yaxşı potensiala malikdir".

"Laypis-Lazuli" tranzit marşrutunun xüsusi önəmini vurğulayan S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir.