Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ


Digərləri 16 İyl 2019 14:39:08 222 0

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ

Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva – Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir. Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub: