Ağstafada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var


Digərləri 16 İyl 2019 14:12:00 216 0

Ağstafada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.