İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib


Digərləri 16 İyl 2019 13:44:00 278 0

İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib

İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib. Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər.