Çayxananın həyətində qətl törədən Horadiz sakini saxlanıldı


Kriminal 16 İyl 2019 13:49:00 247 0

Çayxananın həyətində qətl törədən Horadiz sakini saxlanıldı

Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib.

N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.