Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB


Digərləri 16 İyl 2019 13:14:40 224 0

Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB

Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur.

Bakı. Samir Əli - Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur. Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, ayrı-ayrı sahibkarlar bu ilin ilk beş ayı ərzində ölkəyə ümumilikdə 246 ton qovun və papaya idxal ediblər: "Qarpız idxalı qeyri-mövsümi dövrdə, qış aylarında, havaların soyuq olduğu aylarda həyata keçirilib. İyun və iyul aylarında ölkəyə xaricdən qarpız idxal edilməyib". V.Hüseynov bildirib ki, paytaxt və bölgələrdə qarpızın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə ucuzdur: