Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini


Digərləri 16 İyl 2019 13:03:00 197 0

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 37 faiz artıb.

Bakı. Mətanət Nəsibova - Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 37 faiz artıb. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib. S.Məmmədov qeyd edib ki, bu il isə bu artım 15 faiz təşkil edib. Nazir müavininin sözlərinə görə, hazırda ölkələr arasında ticari-iqtisadi sahədə 15-dən çox sənəd imzalanıb: "İqtisadi əməkdaşlığa dair işçi qrup yaradılıb. Ölkələrimiz nəqliyyat, logistika, tranzit yükdaşımaları və başqa sahələrdə əməkdaşlıq üçün yaxşı potensiala malikdir". "Laypis-Lazuli" tranzit marşrutunun xüsusi önəmini vurğulayan S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin