"Gombul qadınlar cənnətə girməyəcək"


Digərləri 16 İyl 2019 12:44:00 236 0

"Gombul qadınlar cənnətə girməyəcək"

Braziliyada rahib vəz verərkən sözlərindən qıcıqlanan qadınlardan biri onu itələyib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Braziliyanın San Paulo şəhərində təşkil olunan efkaristiya mərasimi zamanı tanınmış rahib Marcelo Rossi kök qadınları qıcıqlandıracaq ifadələr işlədib.

"Gombul qadınlar cənnətə girməyəcək", - deyən Marcelo Rossini onu dinləyən qadınlardan biri itələyib. Yıxılan rahib bir neçə dəqiqə sonra moizə oxumağa davam edib.

Polis hadisəni törədən qadının kimliyi ilə bağlı araşdırma aparır. Onun 40-dan çox yaşının olduğu deyilir.