Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək


Dünya 16 İyl 2019 12:39:00 209 0

Sanksiyalara baxmayaraq Türkiyə Aralıq dənizində kəşfiyat işlərini davam etdirəcək

Avropa İttifaqının (Aİ) sanksiyalarına baxmayaraq Türkiyə Aralıq dənizinin şərqində kəşfiyat işlərini aparmağı dayandırmayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə bəyanatla Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

Nazirliyin məlumatında daha sonra qeyd edilir ki, Aİ-nin sanksiyaları bir daha İttifaqın Türkiyəyə qarşı ikili standartlar yürütdüyünü göstərir.

Qeyd edək ki, ötən gün Aİ Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib . Bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərininiclasının yükunları üzrə qəbul edilən bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərini davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib".