Toyda zəhərlənmə


Dünya 16 İyl 2019 12:19:00 187 0

Toyda zəhərlənmə

Ukraynada kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rovenski vilayətində keçirilən toy mərasimlərindən birində qeydə alınıb. Məlumatı Ukraynanın Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, Mizoç şəhərində "Qurman" kafesində keçirilən toyda iştirak edən 39 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir.

Hadisə ilə bağlı kafedən laborator təhlil üçün nümunələr götürülüb, araşdırma başlanıb.