Çayxananın həyətində qətl törədən Horadiz sakini saxlanılıb


Digərləri 16 İyl 2019 12:01:00 227 0

Çayxananın həyətində qətl törədən Horadiz sakini saxlanılıb

Füzuli şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Samir Əli - Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilib. N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.